NATO Avropa ölkələrindən – alyans üzvlərindən Rusiyadan gələn təhdidlərə cavab olaraq yerüstü hava hücumundan müdafiə qüvvələrini beş dəfə artırmağı xahiş edir.
NOCOMMENT.az xəbər verir ki, bu barədə mənbələrə istinadən Bloomberg agentliyi məlumat yayıb.
Onların sözlərinə görə, bu məsələ Şimali Atlantika Müqaviləsi Təşkilatına üzv ölkələrin müdafiə nazirlərinin iyunun 5-də Brüsseldə keçiriləcək görüşündə müzakirə olunacaq.Mənbələr qeyd ediblər ki, hava hücumundan müdafiə imkanlarının beş dəfə artırılması Avropa NATO üzvləri üçün ümumi məqsəd olacaq, lakin hər bir ayrı-ayrı dövlət üçün yekun göstəricilər fərqli olacaq. Bu tədbirlərin həyata keçirilməsi üçün vaxt çərçivəsi hələ dəqiqləşdirilməyib.