NATO ölkələri Baltik dənizində Rusiya gəmiləri üzərində nəzarəti bərqərar etməyi hədəfləyib. Onlar həmçinin Rusiya hərbi gəmilərinin Atlantik okeanına çıxışını əngəlləmək niyyətindədirlər.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Teleqraf qəzeti məlumat yayıb.
Qeyd olunur ki, İsveç Rusiya gəmilərinin Sankt-Peterburq və Kalininqrad limanlarını tərk etməsinə mane ola biləcək yeni Marks 3 gəmi əleyhinə raketi yerləşdirib . Estoniya və Latviya da öz növbəsində müdafiə imkanlarını gücləndirmək üçün gəmi əleyhinə raketlərin alınmasına əhəmiyyətli məbləğdə sərmayə qoyublar.
Bundan əvvəl Polşanın baş naziri Donald Tusk bildirmişdi ki, NATO Baltik dənizindəki bütün gəmilərə, o cümlədən neytral sularına nəzarət etmək istəyir. O, Şimali Atlantika Alyansına üzv olan bütün ölkələrin bu məsələdə konsensusa malik olduğunu və bu sahədə müxtəlif imkanları nəzərdən keçirdiklərini vurğulayıb.