NATO baş katibi Çin hərbçilərinin Belarusda peyda olmasından narahat olubbackend

NATO baş katibi Çin hərbçilərinin Belarusda peyda olmasından narahat olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO-nun baş katibi Yens Stoltenberq Belarus-Çin təlimlərini Çinin NATO sərhədlərinə yaxınlaşması adlandırıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS  NATO-nun baş katibinin Vaşinqtonda keçirdiyi mətbuat konfransında verdiyi bəyanata istinadən məlumat yayıb.

“Belarus və Çin arasında keçirilən təlimlər Çinin Avropada NATO-ya getdikcə necə yaxınlaşdığını nümayiş etdirir”, – Stoltenberq bildirib.

NATO-nun baş katibi həmçinin bu təlimləri “avtoritar rejimlər arasında əməkdaşlığın nümayişi” adlandıraraq, Ukraynada xüsusi hərbi əməliyyat zamanı Çin və Belarusun Rusiyaya dəstək verdiyini qeyd edib.