NATO baş katibi Mark Rutte bəyan edib ki, Rusiya ilə sərhədi olmayan ölkələr də Rusiyanın Silahlı Qüvvələrinin ən yeni texnologiyaları səbəbindən təhlükə altındadır.
NOCOMMENT.az xəbər verir ki, onun sözlərini Lüksemburqda keçirdiyi mətbuat konfransından RBK-Ukrayna yayıb.
Ruttenin sözlərinə görə, Rusiyadan gələn təhlükə hər gün artmaqdadır və “sadəlövh olmamaq” lazımdır. O qeyd edib ki, bəzi ölkələr özlərini təhlükəsiz sayır, çünki “Rusiyadan uzaqdadırlar”, lakin yeni raket texnologiyaları fonunda onlar əslində “çox yaxındır”.
“Hazırda Litva ilə Lüksemburq, Haaqa və ya Madrid arasındakı fərq beş-on dəqiqədir – raketin Avropanın bu hissələrinə çatması üçün lazım olan vaxt budur”, – deyə Rutte vurğulayıb.