NATO Baş Katibi Ukraynaya Yardım Planının artıqlaması ilə yerinə yetirildiyini açıqlayıbbackend

NATO Baş Katibi Ukraynaya Yardım Planının artıqlaması ilə yerinə yetirildiyini açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO ölkələri ötən il Ukraynaya yardım göstərmək planını üstələyib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə NATO-nun baş katibi Mark Rutte Brüsseldə keçirdiyi mətbuat konfransında bildirib.

“Vaşinqtonda keçirilən sammitdə NATO ölkələri 2024-cü ildə Ukraynaya 40 milyard dollar yardım ayırmağa söz verdilər. Müttəfiqlər öhdəliklərini nəinki yerinə yetirdilər, əksinə, üstələyiblər”, – deyə o vurğulayıb.

Ruttenin sözlərinə görə, Qərb Kiyevə 50 milyard avro yardım edib. Alyansın baş katibi də ABŞ prezidenti Donald Trampın alyans üzvləri arasında Ukrayna Silahlı Qüvvələrinə dəstəyin “tarazlaşdırılmasının” vacibliyi ilə bağlı fikri ilə razılaşıb.

Bundan əvvəl Rutte Ukraynanın danışıqlar masasında daha üstün mövqeyə malik olmasını təmin etmək üçün ona dəstəyin davam etdirilməsinin vacibliyini bəyan edib.