NATO Baydenin ABŞ seçkilərində məğlub olacağından narahatdırbackend

NATO Baydenin ABŞ seçkilərində məğlub olacağından narahatdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın NATO müttəfiqləri ABŞ prezidenti Co Baydenin ölkədə keçiriləcək prezident seçkilərində qalib gələ bilməyəcəyindən ehtiyat edirlər.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Politico” alyansa bağlı məmurlara istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, diplomatlar və dünya liderləri NATO sammiti ərəfəsində Baydenin yaşı, səhhəti və seçkilərdə qalib gələ bilməsi ilə bağlı ciddi narahatlıqlarını özəl olaraq bildirirlər.

Bayden və Tramp arasında ilk televiziya debatı iyunun 27-də axşam saatlarında CNN-in Atlantadakı studiyasında baş tutub. Çoxları Baydenin performansını uğursuz hesab edirdi. Xüsusilə, Amerikanın ən böyük nəşri olan “New York Times”-ın redaksiya heyəti Baydeni seçki yarışından geri çəkilməyə çağırıb.