NATO bu addım ilə Putinə mesaj verirbackend

NATO bu addım ilə Putinə mesaj verir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İsveçin NATO-ya daxil olması Rusiya Prezidenti Vladimir Putinə Alyansın qapılarının açıq olduğuna dair siqnaldır”.

NOCOMMENT.az xəbər verir ki, NATO Baş katibi Yens Stoltenberq belə deyib.

O, İsveçin ittifaqa üzvlüyünün Alyans üçün faydalı olduğunu açıqlayıb. Çünki ölkənin yaxşı təchiz olunan silahlı qüvvələri, müasir qırıcıları və sualtı qayıqları var.

Qeyd edək ki, Macarıstan parlamenti də İsveçin NATO-ya üzvlük ərizəsini ratifikasiya edib. Bununla da İsveçin üzvlüyünə artıq heç bir maneə qalmayıb.