NATO bu gün genişmiqyaslı hərbi təlimlərə başlayırbackend

NATO bu gün genişmiqyaslı hərbi təlimlərə başlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün NATO “Nordic Response 24” adlı genişmiqyaslı hərbi təlimləri başlayır.

NOCOMMENT.az xəbər verir ki, manevrlər Finlandiyanın şimalında, İsveçdə və Norveçdə keçirilir. Təlimlərə Norveç rəhbərlik edir.

Bu, Finlandiyanın NATO təlimlərində ilk iştirakıdır. Rəsmi Helsinki manevrdə 4 min 100-ə yaxın hərbi qulluqçu ilə təmsil olunur. “Nordic Response 24” quru, dəniz və hava manevrlərindən ibarətdir.

Qeyd edək ki, təlimdə 14 ölkədən ümumilikdə 20 minə yaxın hərbçi iştirak edir, martın 15-dək davam edəcək.