NATO-nun mətbuat katibi Allison Hart alyansın hava hücumundan müdafiə sistemlərinin Polşada pilotsuz uçuş aparatlarını məhv etmək üçün istifadə edildiyini təsdiqləyib.
NOCOMMENT.az bildirir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
“Gecə çoxsaylı pilotsuz təyyarələr Polşanın hava məkanını zəbt etdi, [basqın] Polşa və NATO hava hücumundan müdafiə sistemləri tərəfindən dəf edildi” deyə H.
Lakin alyansın mətbuat katibi PUA-ların hansı ölkəyə aid olduğunu açıqlamayıb.
Sentyabrın 10-da səhər tezdən Polşa Ordusu Əməliyyat Komandanlığı ölkənin hava məkanını pozan PUA kimi müəyyən edilən bir neçə obyektin məhv edildiyini açıqlayıb. Hazırda uçan obyektlərin axtarışı aparılır. Hadisə ilə əlaqədar Varşava Şopen Hava Limanı da daxil olmaqla ölkənin bir hissəsi üzərində hava məkanı müvəqqəti bağlanıb.