NATO-dan Finlandiyaya təbrikbackend

NATO-dan Finlandiyaya təbrik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO-nun baş katibi Yens Stoltenberq Finlandiya prezidenti Sauli Niinistonu ölkəsinin NATO-ya üzvlüyünün təsdiqlənməsi prosesinin başa çatması münasibətilə təbrik edib.

NOCOMMENT xəbər verir ki, Stoltenberq sosial şəbəkədəki mesajında ​​Niinistoya təbriklərini çatdırıb: “Yaxın günlərdə NATO-nun mənzil-qərargahında Finlandiya bayrağının ucaldılmasını səbirsizliklə gözləyirəm”. Stoltenberq birlikdə daha güclü və inamlı olacaqlarını bildirib. Stoltenberq yayımladığı videomüraciətdə həmçinin Finlandiyanın NATO-ya rəsmi üzvlüyünün yaxın günlərdə baş tutacağını bildirib.