NATO dəniz kəşfiyyatı üçün pilotsuz təyyarələrdən ibarət donanma yaratmağı planlaşdırırbackend

NATO dəniz kəşfiyyatı üçün pilotsuz təyyarələrdən ibarət donanma yaratmağı planlaşdırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şimali Atlantika Alyansı Baltik və Aralıq dənizlərində yerləşdiriləcək dəniz dronlarından ibarət donanma yaratmağı planlaşdırır.

NOCOMMENT.az xəbər verir ki, bu barədə NATO-nun Birləşmiş Silahlı Qüvvələrinin Transformasiya üzrə Ali Komandanı admiral Pyer Vandier Defence News-a bildirib.

“Əslində bu, artıq mövcuddur, ona görə də çox riskli deyil. ABŞ uzun illərdir ki, Task Force 59-un Fars körfəzində mövcudluğunu saxlayır, ona görə də hər şey məlumdur, bu, texnologiyadan daha çox uyğunlaşma məsələsidir”, – admiral bildirib.

Vanier əlavə edib ki, hazırda donanmanın adı hələ düşünülməyib. Onun sözlərinə görə, hazırda NATO-ya üzv ölkələr bu təşəbbüsü müzakirə edir, bundan sonra müttəfiqləri ilə birlikdə planın həyata keçirilməsi üçün ən uyğun yol tapmağa başlayacaqlar.