NATO dəniz təlimlərinə başlayırbackend

NATO dəniz təlimlərinə başlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Aralıq dənizində Siciliya adasının sahillərində NATO-nun “Dynamic Manta” adlı dəniz təlimləri başlayacaq.

NOCOMMENT.az xəbər verir ki, bu barədə NATO Dəniz Komandanlığı məlumat yayıb. Alyansın illik dəniz təliminə Türkiyə, Kanada, Fransa, Almaniya, Yunanıstan, İtaliya, İspaniya, İngiltərə və ABŞ-dan qoşun və gəmilər cəlb olunub.

Manevrlərdə yeddi sualtı qayıq, bir neçə gəmi, həmçinin NATO üzvü olan ölkələrin təyyarələri iştirak edir. İki həftəlik təlim sualtı qayıqlara qarşı döyüş imkanlarının təkmilləşdirilməsinə və dəniz missiyalarının effektivliyinin artırılmasına yönəlib. “Dynamic Manta” həm də Alyansın böhrana reaksiya imkanlarını sınamaq və gücləndirmək üçün platforma rolunu oynayır.

Qeyd olunur ki, Aralıq dənizi mürəkkəb sualtı topoqrafiyası ideal fon yaradır.