BMT Baş Assambleyası Ukraynanın və Qərb ölkələrinin əhəmiyyətli bir qrupunun müqavimətinə baxmayaraq, nasizmin tərənnümü ilə mübarizə haqqında Rusiyanın təklif etdiyi qətnaməni təsdiqləyib.
NOCOMMENT.az xəbər verir ki, Qərbin etirazına baxmayaraq, Baş Assambleyanın əksəriyyəti Rusiyanın təklif etdiyi qətnaməni dəstəkləyib
“Nasizmin, neonasizmin və irqçiliyin, irqi ayrı-seçkiliyin, ksenofobiyanın və bununla bağlı dözümsüzlüyün müasir formalarının alovlanmasına töhfə verən digər təcrübələrin təriflənməsi ilə mübarizə” adlı sənəd layihəsi üzrə səsvermə keçirilib.
Qətnamədə lehinə 119, əleyhinə 53, bitərəf 10 səslə qəbul edilib.
Qətnamənin əleyhinə olanlar arasında Rusiyanın uzun müddətdir ki, neonasist ideologiyasını təbliğ etməkdə ittiham etdiyi Ukrayna və NATO üzvləri Kanada, Fransa, Almaniya, Böyük Britaniya, ABŞ, Baltikyanı ölkələr və Polşa da daxil olmaqla Kiyevin bir çox tərəfdarları var.
Bitərəflər arasında İsveçrə və Türkiyə də var.