NATO əsgərləri üçün yeni şəhərcikbackend

NATO əsgərləri üçün yeni şəhərcik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rumıniyanın hava bazası NATO əsgərləri üçün şəhərciyə çevriləcək.

NOCOMMENT.az xəbər verir ki, bunun üçün 2,5 milyard avro sərmayə tələb olunacaq. Burada 10 min NATO əsgərinin və onların ailələrinin yaşaya biləcəyi hərbi düşərgə salınacaq. Aviabazada binalar, xəstəxanalar və məktəblər tikiləcək. Bu məqsədlə 2 300 hektardan çox sahə ayrılıb.

Həmçinin orada uçuş-enmə zolağının ikiqat artırılması, yanacaq anbarlarının və döyüş təyyarələri və pilotsuz təyyarələr üçün bir neçə anqarın tikilməsi planlaşdırılır.

Gələcək hərbi şəhərciyin cənub hissəsində işlərə başlanılıb. Burada giriş yolları və güclü elektrik şəbəkəsi inşa edilir. Həmçinin şəhər infrastrukturunun – uşaq bağçalarının, məktəblərin, xəstəxanaların, mağazalar və əyləncə parklarının yaradılması nəzərdə tutulur.