NATO Finlandiyanın üzvlüyü ilə GÜCLƏNİRbackend

NATO Finlandiyanın üzvlüyü ilə GÜCLƏNİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İtaliyanın baş nazirinin müavini və xarici işlər naziri Antonio Tajani NATO-nun bu gün Alyansa rəsmən qoşulan Finlandiyanın üzvlüyü ilə güclənəcəyini bildirib.

NOCOMMENT.az xəbər verir ki, Antonio Tajani bu barədə paytaxt Romadakı Xarici Mətbuat Birliyində İtaliyada yaşayan xarici jurnalistlərin gündəmlə bağlı suallarını cavablandırarkən açıqlama verib.

Finlandiyanın bu gün NATO-ya üzv olduğunu bildirən Tajani, “NATO Finlandiyanın üzvlüyü ilə güclənir. Sonda İsveçin də NATO-nun bir parçası olacağına inanıram” deyə qeyd edib.

Rusiyanın Ukraynaya təcavüzünün Qərbin birliyini gücləndirdiyini dilə gətirən Tajani bu vəziyyətin daha əvvəl üzv olmayan iki ölkənin NATO-nun bir hissəsi olmaq istəyinə səbəb olduğunu bildirdi.

NOCOMMENT.AZ