NATO gəmisi Ukrayna limanına daxil olubbackend

NATO gəmisi Ukrayna limanına daxil olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO-nun Fransa istehsalı olan “Auvergne D654” çoxməqsədli döyüş gəmisi dekabrın 24-də Ukraynanın Odessa limanına yan alıb.

NOCOMMENT report-a istinadən xəbər verir ki, məlumatı “RİA Novosti” yayıb.

Gəmini Ukrayna Hərbi Dəniz Qüvvələri komandanı kontr-admiral Aleksey Neijpapa qarşılayıb və göyərtəyə qalxıb.

Məlumata görə, “Auvergne D654” NATO-nun bu il Odessa limanına daxil olan 10-cu gəmisidir. Bildirilib ki, gəmi dekabrın 28-dək Odessa limanında qalacaq.