2023-cü ildə Şimali Atlantika Alyansına üzv dövlətlərin hərbi hava qüvvələri alyans dövlətlərinin hava məkanını keçməyə cəhd edən Rusiya döyüş təyyarələrini müşayiət etmək üçün 300-dən çox döyüş uçuşu həyata keçirib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə NATO-nun mətbuat xidməti məlumat yayıb.
Hesabatda deyilir: “2023-cü ildə bütün Avropada NATO hava qüvvələri alyansın hava məkanına yaxınlaşan Rusiya hərbi təyyarələrinin qarşısını almaq üçün 300-dən çox xəbərdarlıq missiyası həyata keçirib, onların əksəriyyəti Baltik dənizi üzərində qeydə alınıb.
NATO qeyd edib ki, döyüş əməliyyatları Rusiya təyyarələrinin alyans dövlətlərinin sərhədlərinə hansı məqsədlə yaxınlaşması barədə heç bir fikir olmadığı hallarda həyata keçirilir.