NATO ilə birbaşa toqquşma ola bilər – Peskovbackend

NATO ilə birbaşa toqquşma ola bilər – Peskov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO ilə birbaşa hərbi toqquşma qaçılmaz ola bilər.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov brifinqdə deyib. O bildirib ki, Qərb qoşunlarının Ukraynaya göndəriləcəyi təqdirdə NATO ilə Rusiya Federasiyası arasında birbaşa hərbi münaqişə qaçılmaz olacaq.

Peskovun sözlərinə görə, bu, Qərbin “isti münaqişəyə” cəlb olunması deməkdir. “Qərbdə Ukraynaya qoşun yeritmək imkanının müzakirəsi mühüm və yeni elementdir”- deyə Kremlin nümayəndəsi vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl NATO Hərbi Komitəsinin rəhbəri admiral Rob Bauer Alyansın Rusiya ilə müharibəyə hazır olduğunu bildirib.