NATO ilin əvvəlindən Ukraynaya yardıma nə qədər pul xərcləndiyini açıqlayıbbackend

NATO ilin əvvəlindən Ukraynaya yardıma nə qədər pul xərcləndiyini açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO üzvü olan ölkələr bu ilin ilk üç ayında Ukraynaya ümumi məbləği 20 milyard avrodan çox olan hərbi yardım edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə NATO-nun baş katibi Mark Rutte mətbuat konfransında bildirib.

O, Brüsseldə NATO xarici işlər nazirlərinin toplantısı öncəsi jurnalistlərlə görüşüb.

“Bu ilin ilk üç ayında müttəfiqlər Ukraynaya 20 milyard avrodan çox hərbi dəstək veriblər”, – təşkilatın rəhbəri qeyd edib.

Onun sözlərinə görə, Şimali Atlantika Alyansı Ukraynaya yardımı davam etdirmək niyyətindədir. Eyni zamanda, Rutte vurğulayıb ki, NATO Amerika hakimiyyətinin münaqişənin sülh yolu ilə həlli istiqamətində səylərini alqışlayır.