NATO irimiqyaslı hərbi təliminə başlayırbackend

NATO irimiqyaslı hərbi təliminə başlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO yanvarın 22-də ən irimiqyaslı hərbi təliminə başlayır.

NOCOMMENT.az xəbər verir ki, Döyçe Velle-nin məlumatına görə, təlimə 90 minə yaxın hərbçi cəlb edilib.

“Steadfast Defender-2024″ adı altında keçiriləcək builki təlimdə təyyarədaşıyanlardan tutmuş esmineslərə qədər 50-dən çox gəmi, həmçinin 80-dən çox qırıcı, helikopter və pilotsuz təyyarə, 133 tank, 533 piyada döyüş maşını daxil olmaqla ən azı 1100 döyüş maşını iştirak edəcək.

NATO sonuncu müqayisəli təlimini 1988-ci ildə keçirib. Onda bu tədbirdə 125 mindən çox əsgər iştirak edib. Təlimdə NATO ölkələri və alyansa üzv olmağa namizəd olan İsveç iştirak edəcək. Mayın sonunadək davam edəcək manevrlər Norveçdən Rumıniyaya qədər Avropa ərazisini əhatə edəcək.

İndiyədək son onilliklərin ən böyük manevrləri 2018-ci ildə 50 mindən çox hərbçinin iştirak etdiyi “Trident Juncture” hesab olunurdu.