NATO İsraildən Qəzza əhalisini qorumağı tələb etdibackend

NATO İsraildən Qəzza əhalisini qorumağı tələb etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az  Rusiya mətbuatına istinadən  xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberq deyib ki, İsrail hakimiyyəti Qəzza zolağında mülki əhalinin müdafiəsini təmin etməlidir. Onun sözlərinə görə, yəhudi dövlətinin HƏMAS hücumuna cavabı beynəlxalq hüquqa hörmət etməlidir.

“Həmasın İsrailə qarşı terror hücumlarını pisləyirik. Eyni zamanda, İsrailin reaksiyasının beynəlxalq hüquq çərçivəsində həyata keçirilməsi, mülki insanların həyatının qorunması və humanitar yardımın Qəzzaya çatması vacibdir”, – Stoltenberq izah edib.

Qeyd edək ki, oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atıb. Bunun fonunda İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir həmin gun ölkədə fövqəladə vəziyyət elan edib. İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bəyan edib.