NATO kibertəhdid mərkəzinin yaradıldığını elan edibbackend

NATO kibertəhdid mərkəzinin yaradıldığını elan edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şimali Atlantika Alyansı ölkələri Belçikada kibertəhlükələrə qarşı mübarizə mərkəzi açacaq.

NOCOMMENT.az xəbər verir ki, bu barədə NATO-nun rəsmi bəyanatında deyilir.

Sənəddə deyilir ki, İnteqrasiya edilmiş Kiber Müdafiə Mərkəzi (NICC) NATO şəbəkələrinin müdafiəsini gücləndirəcək və əməliyyat məqsədləri üçün kiberməkandan təhlükəsiz istifadəyə imkan verəcək. Mərkəz mümkün təhlükələr və zəifliklər barədə hərbi komandanlığı məlumatlandıracaq. NICC-nin işi hərbi əməliyyatları dəstəkləmək üçün lazım olan mülki əhəmiyyətli infrastrukturu əhatə edəcək.

Qərargahı hərbçilərdən və mülki mütəxəssislərdən ibarət olacaq mərkəz Belçikada, NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin qərargahında yerləşəcək.