NATO Kiyevdə vəziyyətin pisləşəcəyi ilə bağlı xəbərdarlıq edibbackend

NATO Kiyevdə vəziyyətin pisləşəcəyi ilə bağlı xəbərdarlıq edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az xəbər verir ki, Ukrayna üçün münaqişədəki vəziyyət Qərbin kifayət qədər yardım göstərməməsi səbəbindən pisləşə bilər. Bunu NATO-nun baş katibi Yens Stoltenberq Almaniyanın “Das Erste” telekanalına müsahibəsində deyib.

“Biz pis xəbərlərə hazırlaşmalıyıq”,- Stoltenberq əlavə edib.

Stoltenberq qeyd edib ki, münaqişələr “mərhələlərlə inkişaf edir”. O, həm pis, həm də yaxşı gündə Ukraynaya dəstək olmağa çağırıb. Şimali Atlantika Alyansının baş katibi etiraf edib ki, blokun üzvləri mərmilərə artan tələbatı ödəyə bilmirlər. Onun sözlərinə görə, Ukrayna “kritik vəziyyətdə”dir. Stoltenberq “çətin əməliyyat qərarlarını” ukraynalılara və onların hərbi rəhbərliyinə yönləndirib.