NATO Kosovoda KFOR-a hücumu pislədibackend

NATO Kosovoda KFOR-a hücumu pislədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO Kosovoda alyansın Sülhməramlı Qüvvələrinə (KFOR) edilən hücumları pisləyib və zorakılığı dərhal dayandırmağa çağırıb.

NOCOMMENT.az xəbər verir ki, NATO sözçüsü Oana Lunqesku Kosovonun şimalında Zveçan Bələdiyyəsi qarşısında etiraz aksiyası keçirən serblərlə KFOR əsgərləri arasında baş verən qarşıdurmada hücuma məruz qalan bəzi əsgərlərin yaralandığını açıqlayıb.

“NATO Kosovonun şimalında KFOR əsgərlərinə qarşı əsassız hücumları pisləyir” deyən Lunqesku hücumların qəbuledilməz olduğunu və zorakılığın dərhal dayandırılması lazım olduğunu bildirib.

NOCOMMENT.AZ