NATO Kosovoda siyasi həll yolundan əl çəkməyibbackend

NATO Kosovoda siyasi həll yolundan əl çəkməyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, Kosovoya əlavə qoşun göndərmək qərarı NATO-nun siyasi həll yolundan imtina etdiyi anlamına gəlmir və bu qərar gərginliyi azaltmaq məqsədi daşıyır.

NOCOMMENT xəbər verir ki, Stoltenberq Norveçin paytaxtı Osloda NATO xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısının girişində çıxış edib.

NATO-nun Kosovoya əlavə 700 hərbçi göndərməsi və bir batalyon hazır olması Alyansın münaqişənin Avropaya sıçrayacağı ilə bağlı narahatlıqlarının olması deməkdirmi sualına Stoltenberq belə cavab verib: “Bu, NATO-nun siyasi həll yolundan imtina etməsi demək deyil”.

Yens Stoltenberq Kosovonun şimalındakı gərginliyi azaltmaq üçün əsgər göndərdiklərini və vəziyyətin pisləşəcəyi təqdirdə bir batalyonun hazır olduğunu təkrarladı.