Şimali Atlantika Alyansı NATO-ya üzv ölkələr arasında məxfi məlumat mübadiləsi üçün bulud əsaslı sistem yaratmaq üzərində işləyir.
NOCOMMENT.az xəbər verir ki, bu barədə alyansın baş informasiya direktoru Manfred Budro-Demer bildirib.
“Bu (bulud sistemi – redaktorun qeydi) hazırda müxtəlif saxlama qurğularında olan məlumatları birləşdirir. Paylaşılan bulud mühitinə keçmək həm də sizi məlumatlar haqqında fərqli düşünməyə və onları hərəkətə hazırlamağa məcbur edir ki, bu da özlüyündə məlumat analitikasını dəstəkləyəcək”, – deyə o vurğulayıb.
Direktorun sözlərinə görə, məlumatların bir instansiyada və ya bir mühitdə yerləşdirilməsi faktının özü çox faydalıdır. Onun sözlərinə görə, alyans bütün iştirakçı ölkələri buludla əlaqələndirmək məqsədi daşıyır. O, əlavə edib ki, qoşulma prosesi sürətlə gedir, lakin işlərin dəqiq tamamlanma vaxtı məlum deyil.