NATO müdafiə xərclərini 3%-ə çatdırmağı mümkünsüz hesab edirbackend

NATO müdafiə xərclərini 3%-ə çatdırmağı mümkünsüz hesab edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO-ya üzv ölkələr müdafiə xərcləri üçün ÜDM-in 3%-i hədəflənməsi ideyasını qeyri-real adlandırırlar.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Pais” qəzeti diplomatik mənbələrə istinadən məlumat yayıb.

Nəşrin mənbələrinə görə, yaxın gələcəkdə bu həddə çatmaq mümkün deyil.

“Tədricən artımla razılaşmaq olardı, lakin hamını artıq razılaşdırılmış və bu yaxınlarda yuxarı həddi deyil, aşağı hədd kimi qəbul edilən 2%-lik rəqəmə çatdırmaq daha vacibdir”, – mənbə bildirib.

Dekabrın 14-də NATO-nun baş katibi Mark Rutte Rusiyanı Şimali Atlantika Alyansına qarşı “açıq müharibə” aparmaqda ittiham edib. O, bu barədə Brüsseldə təhlükəsizlik ekspertləri qarşısında çıxışı zamanı bildirib. NATO-nun baş katibi həmçinin qeyd edib ki, Avropa İttifaqı beynəlxalq siyasi hadisələrin inkişafına yanaşmasını dəyişməli və “hərbi düşüncə”yə keçməlidir.