NATO-nun baş katibi Mark Rutte bildirib ki, müdafiə büdcəsi artırılmasa, Aİ ölkələrinə tezliklə rus dili öyrədiləcək.
NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
O, bu barədə Brüsseldə Avropa Parlamentində çıxışı zamanı bildirib. Baş katibin sözlərinə görə, hadisələrin bu cür inkişafı 4-5 ildən sonra baş verə bilər. Bununla yanaşı, Rutte hesab edir ki, Avropanın müdafiə üçün hazırkı ÜDM-in 2%-dən qat-qat çox pula ehtiyacı var.
“Əgər bunu etməsək, 4-5 ildən sonra biz rus dili kursları almalı və ya Yeni Zelandiyaya getməli olacağıq”, – deyə o vurğulayıb.
Bundan əvvəl Rutte Avropa Parlamentinin deputatlarını sosial xərcləri müdafiəyə yönəltməyə çağırıb.