NATO-nun baş katibi Qərbi Rusiya ilə KXDR arasında razılaşmaya görə birləşməyə çağırıbbackend

NATO-nun baş katibi Qərbi Rusiya ilə KXDR arasında razılaşmaya görə birləşməyə çağırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO-nun baş katibi Yens Stoltenberq deyib ki, Moskva və Pxenyan arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsi imzalanması Qərb ölkələrini daha da böyük birliyə sövq etməlidir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Stoltenberqin sözlərinə görə, bağlanan Tərəfdaşlıq Sazişi Rusiya və KXDR-in qarşılıqlı dəstəyini nümayiş etdirir. Ona görə də Moskva, Pxenyan, Pekin və Tehranın birliyinə cavab olaraq Qərbin daha da böyük birləşməyə çalışması son dərəcə vacibdir.

Şimali Atlantika Alyansının baş katibi həmçinin bildirib ki, Qərb Rusiyanın Şimali Koreyanın nüvə və raket proqramlarına dəstək verməsindən narahatdır.