NATO-nun baş katibi Rusiyanı hədələdi: Bunun bədəli ağır olacaq…backend

NATO-nun baş katibi Rusiyanı hədələdi: Bunun bədəli ağır olacaq…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ukrayna sərhədi yaxınlığında Rusiyaya məxsus hərbi birləşmələrin hərəkətlənməni dayandırdığına və ya yavaşlatdığına dair heç bir əlamət görmürük. Əksinə, proses davam edir”.

NOCOMMENT.az xəbər verir ki, bu sözləri NATO-nun baş katibi Yens Stoltenberq deyib.

O, baş verənləri Avropanın təhlükəsizliyinə təhdid adlandırıb və qarşı tərəfə növbəti xəbərdarlığını edib:

“Rusiyanı diplomatiyaya qayıtmağa, gərginliyi azaltmağa, Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyə çağırırıq. Ukraynaya qarşı növbəti təxribatın ciddi nəticələri və ağır bədəli olacaq”.
sfera.az