NATO-nun baş katibi Mark Rutte ABŞ-Ukrayna danışıqlarının davamı ilə bağlı “ehtiyatla nikbin” olduğunu bildirib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Dəstək davam etməlidir. Ona görə də mən ABŞ və Ukraynanın indi irəliyə doğru yol və çətinliklərin necə həll olunacağını müzakirə etməsi faktını alqışlayıram… Bunun yaxşı nəticələrə gətirib çıxaracağına ehtiyatla nikbin baxıram”, – Rutte Brüsseldə mətbuat konfransında deyib.
Martın 4-də Ukrayna prezidenti Vladimir Zelenski Ağ Evdə baş verənlərə görə təəssüfləndiyini bildirib. O, ABŞ prezidenti Donald Trampla görüşün ümidləri doğrultmadığını bildirib və vəziyyəti düzəltməyə hazır olduğunu bildirib. Ukrayna lideri vurğulayıb ki, o, Trampın rəhbərliyi altında sülhün əldə olunmasına doğru irəliləmək istəyir.