NATO-nun baş katibi Ukrayna ilə bağlı danışıqları “çətin” adlandırıbbackend

NATO-nun baş katibi Ukrayna ilə bağlı danışıqları “çətin” adlandırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynadakı münaqişənin həlli ilə bağlı danışıqlar “asan deyil”.

NOCOMMENT.az xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte Odessaya elan olunmamış səfəri zamanı deyib.

“Biz ABŞ Prezidenti Donald Trampın Ukrayna, eləcə də Rusiya ilə müharibəni dayandırmaq və davamlı sülhü təmin etmək üçün apardığı mühüm danışıqlardan danışdıq. Bu müzakirələr asan deyil… lakin biz hamımız Prezident Trampın sülh istəyini dəstəkləyirik”, – NATO-nun baş katibi Ukrayna prezidenti Vladimir Zelenski ilə birgə mətbuat konfransında deyib.