Ukraynadakı münaqişə 1 milyondan çox insanın ölümünə və ya yaralanmasına səbəb olub.
NOCOMMENT.az xəbər verir ki, bunu Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) baş katibi Mark Rutte deyib. Onun sözləri hərbi assosiasiyanın saytında dərc olunub.
“Ukraynada hər həftə hər iki tərəfdən 10 mindən çox insan ölür və ya yaralanır. 2022-ci ilin fevralından bəri ölənlərin sayı 1 milyonu ötüb”, – deyə o bildirib.
Rutte həmçinin qeyd edib ki, Ukrayna münaqişəsi hər gün daha çox dağıntılara və yeni itkilərə səbəb olur.