NATO-nun baş katibi Ukraynadakı münaqişənin yeni mərhələsini elan etdibackend

NATO-nun baş katibi Ukraynadakı münaqişənin yeni mərhələsini elan etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynadakı münaqişə “logistik” qarşıdurmanın yeni mərhələsinə keçib.

NOCOMMENT.az xəbər verir ki, bu fikri NATO-nun baş katibi Yens Stoltenberq hazırkı vəziyyəti təhlil edərkən deyib.

“Ria Novosti”nin yazdığına görə, Şimali Atlantika Alyansının rəhbəri etiraf edib ki, assosiasiyanın indiyədək Ukraynaya göndərdiyi artilleriya mərmiləri ehtiyatı tükənib. Onun sözlərinə görə, münaqişə yeni mərhələsinə keçdiyi üçün NATO üzvləri hasilatın artırılmasını zəruri hesab edirlər.

Alyansın nümayəndəsi qeyd edib ki, mərmi istehlakının hazırda istehsaldan öndə olması əsas problemlərdən biridir. Onun sözlərinə görə, müttəfiqlər diqqəti istehsala yönəltməyə çalışırlar:

“Çünki hazırda logistika qarşıdurması var və ukraynalıları hər gün təchiz etmək vacibdir ki, onlar döyüş meydanında nəticələr əldə etməyə davam etsinlər”.

Publika