NATO-nun baş katibi Ukraynanı Rusiya ilə istənilən danışıqları təxirə salmağa çağırıbbackend

NATO-nun baş katibi Ukraynanı Rusiya ilə istənilən danışıqları təxirə salmağa çağırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO-nun baş katibi Mark Rutte Kiyevə Rusiya ilə istənilən sülh danışıqlarını təxirə salmağı təklif edib və qeyd edib ki, Ukraynanın danışıqlarda mövqeyini gücləndirmək üçün Qərb əvvəlcə Ukrayna Silahlı Qüvvələrinə silah göndərməlidir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Amerikanın “The New York Times” qəzeti məlumat yayıb.

“NATO-nun yeni baş diplomatı çərşənbə axşamı təklif edib ki, Ukrayna Qərb müttəfiqləri kifayət qədər hərbi yardım göndərənə qədər Rusiya ilə istənilən sülh danışıqlarını təxirə salsın”, – məlumatda bildirilir.

Qeyd olunur ki, belə bir addım Ukraynanın gələcək danışıqlarda mövqeyini gücləndirmək üçün Kiyevə təklif edilib.

Eyni zamanda, qeyd edildiyi kimi, Rutte əlavə edib ki, danışıqlara nə vaxt başlamağa hazır olduğuna Ukrayna özü qərar verməlidir.