NATO-nun hərbi planlarının praktiki icrası başladı – Stoltenberqbackend

NATO-nun hərbi planlarının praktiki icrası başladı – Stoltenberq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO yeni hərbi planlarını, o cümlədən Rusiya sərhədləri boyunca qüvvələri yerləşdirməyə və komandanlıq strukturlarını uyğunlaşdırmağa başlayır. 

NOCOMMENT.az xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq NATO müdafiə nazirlərinin görüşündən sonra deyib.

“NATO-nun müdafiə nazirləri müdafiəmizin gücləndirilməsi istiqamətində irəliləyişi müzakirə etdilər. Vilnüsdə keçirilən sammitdə (2023-cü ilin iyulunda – red.) biz soyuq müharibənin bitməsindən bəri ən geniş müdafiə planlarını təsdiqlədik. İndi biz növbəti addımları atırıq – qüvvələrin müəyyənləşdirilməsi, yerləşdirmə, yeni hərbi imkanların yaradılması, komanda və idarəetmə sistemimizi uyğunlaşdırmaq”, – Stoltenberq bildirib.

NATO-nun yeni hərbi planlarına görə, alyans təxminən 300 min nəfərdən ibarət qrupa, eləcə də Rusiya sərhədləri yaxınlığında dislokasiya olunmuş səkkiz irəli briqadaya, döyüş sursatları, texnika və ağır silahlar üçün anbarlar hazırlamaq niyyətindədir. Bundan əlavə, alyans NATO-nun şərq cinahına, o cümlədən ABŞ və Kanadadan əlavə qüvvələrin sürətlə ötürülməsi üçün maddi-texniki bazanı yaxşılaşdırır.