NATO-nun iclasında Qazaxıstan və Rusiya müzakirə edildibackend

NATO-nun iclasında Qazaxıstan və Rusiya müzakirə edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin iclası keçirilib.

NOCOMMENT xarici KİV-ə istinadən xəbər verir ki, iclasda Qazaxıstandakı vəziyyət müzakirə edilib.

“NATO xarici işlər nazirləri Qazaxıstanda zorakılığın dayandırılmasını və vətəndaşların dinc etiraz hüququna hörmət edilməsini vacib hesab ediblər”, – deyə NATO-nun baş katibi Yens Stoltenberq bildirib.

Görüş zamanı nazirlər NATO-Rusiya Şurasının yanvarın 12-də keçiriləcək iclası ərəfəsində Rusiya ilə münasibətlərdə dialoq, diplomatiya və deeskalasiyaya çağırıblar.

NATO ölkələri Rusiyaya qarşı Brüssel və Vaşinqtondan səslənən “Ukraynaya təcavüz” ittihamlar kontekstində birlik ifadə ediblər.