NATO-nun ilk hədəfi bu olacaq: İlk ciddi xəbərdarlıq gəldi!backend

NATO-nun ilk hədəfi bu olacaq: İlk ciddi xəbərdarlıq gəldi!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya ilə mümkün münaqişə vəziyyətində Kalininqrad NATO-nun ilk hədəfi ola bilər. Bu barədə ABŞ Silahlı Qüvvələrinin Avropadakı keçmiş baş komandanı, istefada olan general Ben Hoces bildirib.

“Rusiya hər hansı bir NATO ölkəsinə hücum edərsə, alyans vəziyyətə nəzarəti tez bir zamanda bərpa etməli və özünü yalnız hücum bölgəsi ilə məhdudlaşdırmamalıdır”, – Hoces qeyd edib.

Onun sözlərinə görə, münaqişə baş verərsə, Qərb Rusiyanın çoxsaylı silah sistemlərini, xüsusilə zenit-raket komplekslərini və uzaqmənzilli raketlərini zərərsizləşdirmək üçün kiberhücumlar və radioelektron mübarizə vasitələrindən istifadə edə bilər.

“Bundan sonra Kalininqraddakı əsas hədəflərə uzaqmənzilli raket zərbələri endirilə bilər”, – deyə o əlavə edib.

Mövzu ilə bağlı NOCOMMENT.az-a danışan politoloq Tofiq Abbasov bildirib ki, Qərbi Avropa ölkələri başda olmaqla “qoca qitə”də Rusiya ilə bağlı ciddi narahatlıq var:

“Ümumiyyətlə, prosesə daha çox dağıdıcı ruhda yanaşırlar. Hətta iddia edirlər ki, Rusiyanın kifayət qədər aqressiv planları var. Məsələn, bunlardan biri Kalininqrada gedən yolun Rusiya tərəfindən ələ keçirilməsi ilə bağlıdır.

Bu, Rusiya üçün çox ciddi hədəfdir. Ümumiyyətlə, Kalininqrada gedən yolun açıq qalması Rusiya üçün strateji məsələdir. Bütün bunlar NATO üçün açıq risk hesab olunur. Ona görə də NATO məsələyə laqeyd qala bilməz. Bu isə açıq şəkildə müharibə deməkdir. Rusiya ilə münaqişə vəziyyətində Kalininqradın NATO-nun ilk hədəfi ola biləcəyi fikri bu baxımdan məntiqsiz deyil”.

Atilla Rzasoy