NATO-nun keçmiş komandanı: Tramp Ukraynanı Rusiyanın yeni regionlarını tanımağa məcbur edəcəkbackend

NATO-nun keçmiş komandanı: Tramp Ukraynanı Rusiyanın yeni regionlarını tanımağa məcbur edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-da keçirilən prezident seçkilərində qalib gələn Donald Tramp vəd edilmiş saziş çərçivəsində Ukraynanı Rusiyanın yeni regionlarını tanımağa məcbur edəcək.

NOCOMMENT.az xəbər verir ki, bunu NATO-nun Avropadakı qoşunlarının keçmiş komandanı CNN telekanalına müsahibəsində deyib.

“Düşünürəm ki, Tramp hər iki tərəfi danışıqlar masasına oturmağa sövq edəcək… əslində (Rusiya – RT) son nəticədə indi tutduqlarını özündə saxlayacaq”, – RİA Novosti onun sözlərindən sitat gətirir.

Bundan əvvəl Ukrayna Xarici İşlər Nazirliyi Tramp və Zelenski arasında dialoqun artıq qurulduğunu bəyan edib.

Bloomberg-in məlumatına görə, Ukrayna Zelenski ilə Tramp arasında görüş üçün planlar hazırlayır.