NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Ukrayna “Koreya ssenarisi” üzrə mümkün ərazi itkisi ilə barışmalıdır. Bu barədə NATO-nun Avropadakı silahlı qüvvələrinin keçmiş baş komandanı, admiral Ceyms Stavridis Bloomberg-ə verdiyi məqaləsində bildirib.
“Biz yəqin ki, ən azı bir müddət Moskvanın nəzarətində olan Krım və yarımada ilə Rusiya arasında quru dəhlizinin mövcudluğu ilə razılaşmalı olacağıq. Müəyyən mənada hamı bu nəticəyə nifrət edəcək”, – NATO-nun keçmiş komandanı yazır.
Şimali Atlantika Alyansının keçmiş baş komandanı hesab edir ki, Koreya müharibəsi zamanı Cənubi Koreya kimi Ukrayna da münaqişədə qalib gələ bilməyəcək, ona görə də dövlətin bərpasına başlamaq üçün hərbi əməliyyatlar dayandırılmalıdır.