NATO-nun Praqa görüşü – Mövzu Ukraynadır…backend

NATO-nun Praqa görüşü – Mövzu Ukraynadır…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şimali Atlantika Alyansına üzv dövlətlərin Xarici İşlər Nazirliyi başçılarının qeyri-rəsmi görüşü Çexiyanın paytaxtında öz işinə başlayıb.

NOCOMMENT.az xəbər verir ki, NATO-nun Vaşinqtonda iyulda keçiriləcək sammitinə hazırlıq məqsədi daşıyan tədbirin əsas mövzusu Ukraynadakı müharibədir.

Bu, 2002-ci ildə Praqada keçirilən sammitdən bəri NATO-nun Çexiyadakı ən böyük tədbiridir. Xarici İşlər Nazirliyinin təhlükəsizlik və çoxtərəfli əməkdaşlıq şöbəsinin direktoru David Konetski bildirib ki, iki günlük görüş nazirlərin “qarışıqlıq” yarada biləcək həssas məsələləri müzakirə etməsi məqsədilə təşkil olunub.

Sammit çərçivəsində Çex Respublikası siyasətçilərinin, o cümlədən ABŞ dövlət katibi Antoni Blinkenin bir sıra ikitərəfli görüşləri keçiriləcək.