NATO-nun “Şərq gözətçisi” əməliyyatı başlayıbbackend

NATO-nun “Şərq gözətçisi” əməliyyatı başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO-nun alyansın şərq cinahında təhlükəsizliyi gücləndirmək məqsədi daşıyan “Şərq gözətçisi” əməliyyatı başlayıb.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə NATO-nun “X” sosial şəbəkəsindəki hesabında məlumat yer alıb.

“Hərbi əməliyyat hava məkanının pozulmasına cavab olaraq başlayıb və NATO-nun şərq cinahda mövqelərini gücləndirmək məqsədi daşıyır. Müttəfiqlər artıq qoşun və imkanlarını yerləşdirməyə başlayıblar”, – paylaşımda deyilir.

Xatırladaq ki, daha əvvəl NATO-nun Baş katibi Mark Rutte əməliyyatın yaxın günlərdə başlayacağını bildirmişdi. Qərar Rusiya pilotsuz uçuş aparatlarının Polşanın hava məkanını pozması ilə bağlı insidentdən sonra verilib. Əməliyyatda alyansa üzv bir sıra dövlətlər, o cümlədən Danimarka, Fransa, Böyük Britaniya və Almaniya iştirak edir.