NATO üzvü olan bir sıra ölkələr Ukraynanın Şimali Atlantika Alyansına daxil olmasına qarşı çıxır.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Politico məlumat yayıb.
Politico-nun mənbələrə istinadən yazdığı kimi, xüsusən də ABŞ Ukraynanı NATO-ya dəvət etməyə tələsmir. Almaniya da Kiyevin hərbi alyansa dəvət olunmasına şübhə ilə yanaşır.
Ukraynanın NATO-ya daxil olmasının əleyhinə olanlar arasında Macarıstan, Slovakiya, Belçika, Sloveniya və İspaniya da var.
Bundan əvvəl Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya dünya təşkilatının Ukrayna üzrə Təhlükəsizlik Şurasının iclasında Ukraynanın NATO-ya üzvlüyünü istənilən ərazi formasında qəbuledilməz adlandırıb.