NATO nüvə müharibəsinə hazırlaşır? – AÇIQLAMAbackend

NATO nüvə müharibəsinə hazırlaşır? – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO-nun Baş katibi Yens Stoltenberq alyansın nüvə başlıqlarının hazır vəziyyətə gətirilməsinin müzakirə edildiyini bildirib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Stoltenberq “The Telegraph”a müsahibəsində söyləyib.

Onun fikrincə, blok düşmənlərinə birbaşa ismarış vermək üçün öz nüvə arsenalını dünyaya göstərməlidir. Baş katib qeyd edib ki, raketlərin anbardan çıxarılması və çəkindirmə vasitəsi kimi döyüşə hazır vəziyyətə gətirilməsi haqqında alyans üzvləri arasında məsləhətləşmələr aparılır.

“Mən nə qədər nüvə başlığının işlək olması və neçəsinin anbarda olması barədə operativ təfərrüatlara varmayacağam, lakin biz bu məsələlərlə bağlı məsləhətləşməliyik. Bizim etdiyimiz də budur”, – o vurğulayıb.

Nəşr xatırladıb ki, 10 il öncə Stoltenberq blokun rəhbərliyinə keçərkən nüvə təlimləri tam məxfi şəraitdə həyata keçirilirdi.

O, indi açıq şəkildə 32 müttəfiqi çəkindirməyə verdikləri töhfələrə görə, o cümlədən Niderlandı Amerika nüvə silahlarını daşıya bilən ikitəyinatlı qırıcılara son sərmayəsinə görə tərifləyib. Baş katibin fikrincə, şəffaflıq blokun “nüvə ittifaqı olduğuna dair aydın ismarış göndərməyə kömək edir”.