NATO ölkəsində hərbi laboratoriya partladıbackend

NATO ölkəsində hərbi laboratoriya partladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rumıniyada döyüş sursatı və silahları sınaqdan keçirən hərbi laboratoriyada partlayış baş verib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

“Hadisə çərşənbə axşamı Buxarest dairəvi yolunda yerləşən ordunun sınaq laboratoriyasında baş verib. Polis əməkdaşları və yanğınsöndürənlər yanğını söndürmək üçün hadisə yerinə gəliblər”, – məlumatda deyilir.

Telekanalın məlumatına görə, yanğın nəticəsində bir nəfər dəm qazından zəhərlənib. Hazırda xilasedicilər qurbanların olub-olmadığını müəyyənləşdirməyə çalışırlar.

İkinci partlayış riskinin qaldığı da qeyd edilir.

Bu ayın əvvəlində İranın cənubundakı Bəndər Abbas limanında güclü partlayış baş verib. Hadisəyə səbəbin yanacaq çəni ola biləcəyi ehtimal edilir.