NATO Polşa ərazisində nüvə silahı yerləşdirir?backend

NATO Polşa ərazisində nüvə silahı yerləşdirir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO qərar verərsə, Polşa ərazisində nüvə silahı yerləşdirməyə hazırdır.

NOCOMMENT.az xəbər verir ki, bu açıqlamanı Polşa Prezidenti Andjey Duda verib. Polşa Prezidentinin sözlərinə görə, Rusiya getdikcə Kalninqrad bölgəsini hərbiləşdirir, bu yaxınlarda Moskva öz nüvə silahlarını Belarusa köçürüb:

“Əgər müttəfiqlərimiz NATO-nun şərq cinahının təhlükəsizliyini gücləndirmək üçün nüvə silahının nüvə bölgüsü çərçivəsində bizim ərazimizdə də yerləşdirilməsinə qərar versələr, biz buna hazırıq. Şimali Atlantika Alyansında müttəfiqik və biz də bu baxımdan öhdəliklər götürürük ki, bu da sadəcə olaraq ümumi siyasət həyata keçirməyimiz deməkdir”.