Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) Polşa ərazisi üzərində baş verən pilotsuz uçuş aparatları insidenti ilə bağlı özünümüdafiəyə hazırdır.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Almaniya kansleri Fridrix Mers bəyanat verib.
Kanslerin sözlərinə görə, Polşa tərəfinin müraciəti ilə NATO Şurası Rusiyanın fəaliyyətini müzakirə etmək üçün fövqəladə iclas keçirib. Mers vurğulayıb ki, alyans müdafiə hazırlığını saxlayır.
“NATO müdafiəyə hazırdır və belə də qalacaq”, – deyə Almaniya kansleri bildirib.