NOCOMMENT.az xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberq tanınmamış Kosovoya səfəri zamanı mətbuat konfransında bildirib ki, hazırda Şimali Atlantika Alyansı Qərbi Balkan regionunda hərbi mövcudluğuna yenidən baxır. Bu barədə TASS məlumat yayıb.
“Hazırda biz Bosniya və Herseqovina və Kosovo da daxil olmaqla Qərbi Balkanlar bölgəsindəki hərbi mövcudluğumuzu hərbi hakimiyyət orqanlarımız tərəfindən yenidən baxırıq”,- Stoltenberq bildirib.
O əlavə edib ki, alyans yeni münaqişələrin qarşısını almaq üçün mövcudluğun davamlı olaraq artırılmasının məqsədəuyğunluğunu yenidən nəzərdən keçirir.