NATO: Qoşunlar Kosovoda sülhü qorumağa hazırdırbackend

NATO: Qoşunlar Kosovoda sülhü qorumağa hazırdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO-nun baş katibi Yens Stoltenberq NATO qoşunlarının Kosovoda sülhü qorumağa hazır olduğunu açıqlayıb.

NOCOMMENT xəbər verir ki,Almaniyanın Welt am Sonntag qəzetinə verdiyi açıqlamada Stoltenberq Kosovodakı vəziyyətin narahatlıq doğurduğunu bildirib.

1990-cı illərdəki şiddətin geri dönməsinə icazə verməyəcəklərini vurğulayan Stoltenberq, “Bunu açıq şəkildə demək istəyirəm, NATO əsgərləri Kosovoda sülhü qorumağa hazırdır” dedi.

Serbiya və Kosovonun Avropa İttifaqının (AB) vasitəçiliyi ilə dialoqa qayıtmasını tələb edən Stoltenberq, bunun daimi sülhə nail olmağın yeganə yolu olduğunu bildirib.