NATO Rumıniyada “Rusiyayönlü” namizədin qələbəsi səbəbindən çıxılmaz vəziyyətə düşə bilərbackend

NATO Rumıniyada “Rusiyayönlü” namizədin qələbəsi səbəbindən çıxılmaz vəziyyətə düşə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rumıniya prezident seçkilərində müstəqil namizəd Kalin Qeorqeskunun qələbəsi NATO üçün ciddi problemlər yarada bilər.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Politico” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, Qeorqesku alyansa şübhə ilə yanaşır.

Bu arada, NATO ölkəsi olan Rumıniya Avropanın ən böyük hava bazalarından birinə malikdir. Orada həm Rumıniya, həm də Amerika qoşunları, həmçinin Amerikanın “Aegis Ashore” raketdən müdafiə sistemi yerləşir.

Bundan əvvəl Qeorqesku ölkəsinin Şərq və Qərblə əlaqələr qurmalı olduğunu bildirmişdi.

Onun sözlərinə görə, danışıqlar aparmaq üçün “bərabər şərtlərdə danışmağı bacarmaq” lazımdır və Rumıniyanın indiki siyasi elitası buna qadir deyil.